Şəkidə dəhşətli partlayış, ölən və yaralanan var

Şəkidə vətəndaşa məxsus fərdi yaşayış evində dəhşətli partlayış baş verib. Bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində, 1 otağın tavanı 0,5 kv.m sahədə dağılıb, ev sakinləri 1983-cü il təvəllüdlü Məmmədov İlham Yusifkərim oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 1984-cü il təvəllüdlü Məmmədov Elman Yusifkərim oğlu isə aldığı ağır bədən xəsarətləri ilə hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31