Şəki halvasının qutusundan Nokia çıxdı
27 Fevral 2013 11:57 KriminalPenitensiarXidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a veriilən məlimata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.2.4 maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Baba Elxan oğlu Şabanova göndərilən banderola baxış keçirilən zaman kustar üsulla hazırlanmış "Şəki halvası"nın qutusunun içərisində gizlədilmiş 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı, 1(bir) ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısı və 2 (iki) ədəd mobil telefon üçün batareya aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.