Daxili orqanında 30 qram tiryək keçirmək istədi
27 Fevral 2013 11:56 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Hüseyn Hüseynovun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından 1 ədəd bağlamada, xalis çəkisi 30 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31