Bakıda ticarət mərkəzinin qarşısında bıçaqlanma olub
27 Fevral 2013 11:17 KriminalNizami rayonunda naməlum şəxs ticarət mərkəzinin qarşısında bir nəfəri bıçaqlayaraq qaçıb. Nizami rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nizami rayanunda "Laçın" Ticarət Mərkəzinin qarşısında 1981-ci il təvəllüdlü Quliyev Rəsul Əliqulu oğluna naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirilib.
Quliyev "Azərsutikinti" xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Nizami Rayon Polis İdarəsinin 24-ci Polis Bölməsindən Trend-ə verilən məlumata görə, Qulievə bıçaq xəsarəti yetirən şəxsin kimliyi hələlik müəyyən edilməyib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31