Krımda mer güllələndi

Kirill Kostenko yerindəcə keçinib

Bu gün səhər saatlarında Krımın Simeiza şəhər tipli qəsəbəsinin meri Kirill Kostenko güllələnib. Bu barədə Krım Daxili İşlər Nazirliyindən məlumat veriblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, onun cəsədi evinin yaxınlığında tapılıb. Qeyri-rəsmi məlumata görə, Kostenko maşında olarkən yaxınl məsafədən açılan atəş nəticəsində dünyasını dəyişdiyi bildirilir. Merə 4 güllə vurulub.

Verilən məlumata görə, Simeiza meri 2011-ci ilin iyulun 28-də deputat Timur Şemşedinov ilə birlikdə 400 min qrivn məbləğində rüşvət almaqda təqsirkar bilinərək saxlanılıb. Həmin ilin avqustun 11-də isə Krım prokurorluğu Kostenkonu azadlığa buraxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31