Məhkəmə narkotika qaçaqmalçısını məyus etdi

Rüfət Əliyev cəzasını tam çəkəcək

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycan küllü miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Rüfət Əliyevin apelyasiya şikayəti üzrə məhkəmə  başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Rüfət Əliyev İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə hesab olunan heroin keçirmək istəyərkən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31