Astarada silahlı insident

Xəsarət alan var

Astarada silahlı insident olub.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 25-də Astara rayonunun Qapıcıməhəllə kəndində

baş verib. Kənd  sakini Heyran Qulamova RPŞ-nə müraciət edərək, həmin gün qohumu Bəxtiyar Həsənovun ov tüfənginin qundağı ilə ona xəsarət yetirməsini bildirib. B.Həsənovun evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31