Yasamal polisi heroin alverçilərini ifşa etdi
26 Fevral 2013 15:42 KriminalYasamal polisi Bakıda külli miqdarda narkotika alveri edən dəstəni yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş İsmayıl Şıxəliyevdən 11,237 qram, əvvəllər məhkum olunmuş İlqar Quliyevdən isə 610,14 qram heroin götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31