Qonşusunu öldürmək istəyən 12 il cəza aldı
1 İyun 2012 18:27 KriminalGəncə Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini öldürməyə cəhddə təqsirli bilinən Bərdə rayon sakini Nurəddin Məmmədovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nurəddin Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2011-ci il oktyabrın 14-də Bərdə rayonunun Cumalar kəndində 34 yaşlı Nurəddin Məmmədov münaqişə zəminində həmkəndlisi 44 yaşlı Şahmar Abbasova bıçaqla xəsarət yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31