Bakıda dəhşət, ev sahibi evində yanıb külə döndü
26 Fevral 2013 15:40 KriminalBakıda mənzildə dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli ikiotaqlı evin 1 otağında ev əşyaları 15 kv.m sahədə yanıb. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31