Narkotika alverçisi olan ata-oğul ələ keçib
26 Fevral 2013 15:39 KriminalAzərbaycanda narkotika alveri ilə məşğul olan ata və oğul ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Yardımlı RPŞ və Biləsuvar RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Musa Qasımovdan və onun oğlu Əlidən satış məqsədi ilə əldə etdikləri 2 kiloqram 35 qram həşiş, 2 kiloqram 258 qram tiryək və 0,486 qram "Metodon" götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31