Gəncədə dəhşət, oğru ev sahibinin başını kəsdi

Gəncə şəhərində yaşayış evinə basqın edilib. Bu barədə  Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Gəncə şəhər sakini Təhminə Quliyevanın həyətinə açıq qalmış qapıdan girən naməlum şəxs onu döyüb və bıçaqla boğaz nahiyəsinə xəsarət yetirib, içərisində idman dəsti olan çantanı və 2 cüt ayaqqabını götürərək qaçıb.  Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sevinc qəsəbə sakini Rövşən Qurbanov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31