Bakıda dəhşətli yanğın: ölən var
Meyit ekspertizaya göndərilib
26 Fevral 2013 14:57 KriminalBakı şəhərinin Xəzər rayonu ərazisində dəhşətli yanğın hadisəsi baş verib. Xəzər rayon Yanğından Mühafizə bölməsindən lent.az-a verilən məlumata görə, Əncirlik qəsəbəsində yeni tikilmiş evlərdən biri tamamilə yanıb. Yanğın söndürüldükdən sonra evdən 50-55 yaşlı kişiyə məxsus meyit tapılıb. Meyit ekspertizaya göndərilib. Faktla əlaqədar müvafiq orqanlarda araşdırmalar aparılır. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31