72 yaşlı kişi Bakıda köməksiz vəziyyətdə qalıb öldü
26 Fevral 2013 12:20 KriminalBakıda 72 yaşlı kişi evində köməksiz vəziyyətdə qalıb ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. 1941-ci il təvəllüdlü Qurbanov Aydın Cəbrayıl oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə fərdi yaşayış evinin pəncəsindən içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində A.Qurbanovun öldüyü müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:28-də başa çatıb.