Bakıda fəhlə 12-ci mərtəbədən yıxıldı
Fəhlə 4-cü mərtəbənin eyvanına düşərək dünyasını dəyişib
26 Fevral 2013 10:48 KriminalÖtən gün Bakının Nəsimi rayonu ərazisində yeni inşa olunan binada fəhlə bədbəxt hadisə nəticəsidə ölüb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, çoxmərtəbəli binanın tikintisində işləyən fəhlə 1990-cı il təvəllüdlü Elvin Əliyev binanın 12-ci mərtəbəsində beton döşəmə tökən zaman yıxılaraq 4-cü mərtəbənin eyvanına düşüb. E.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31