Bakı-Quba yolunda iki şirkət maşını toqquşdu, ölən var

Bakı-Quba yolunda ayrı-ayrı şirkətlərə məxsus iki avtomobil ağır qəza törədib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Bakı-Quba yolunun 95-ci kilometrliyində "Azərkörpü" tikinti şirkətinə məxsus 1971-ci il təvəllüdlü Abdullayev Faiq İsmayıl oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobilin "Aztrans" tikinti şirkətinə məxsus vətəndaş tərəfindən idarə olunan "Shaqman" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla sürücünün meyidi avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verib.  Əməliyyat saat 07:47-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən  təhqiqat aparılır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31