Bakıda sərnişin avtobusu aşıb
26 Fevral 2013 10:20 KriminalBu gün Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyası yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.Bu barədə Trend-ə çərşənbə axşamı hadisə şahidləri məlumat veriblər.Yol qəzası nəticəsində avtobus aşıb.Yol qəzası faktını Nəsimi rayon Polis İdarəsindən də Trend-ə təsdiqləyiblər. Hadisə nəticəsində heç kimin yaralanmadığı bildirilib.Avtobusda sürücü və bir qadın sərnişin olub.Yol qəzasının səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31