Bakıda bina tikintisində faciə: 22 yaşlı oğlan 12-ci mərtəbədən yıxıldı

Bakının Nəsimi rayonu ərazisində yeni inşa olunan binada faciə olub.Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən "XXI əsr" MMC tərəfindən inşa olunan çoxmərtəbəli binanın tikintisində çalışan usta köməkçisi 22 yaşlı Elvin Əliyev bədbəxt hadisənin qurbanı olub. O, binanın 12-ci mərtəbəsində beton döşəmə tökən zaman yıxılaraq 4-cü mərtəbənin eyvanına düşüb. E.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı tikinti, mədən işləri və sair işlərin aparılmasında təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31