İran qaçaqmalçıları ifşa edildi
25 Fevral 2013 18:29 KriminalAlman federal polisi 12 nəfər İran vətəmdaşını həbs edib. Həbs olunan şəxslər qanunsuz olaraq Almaniyadan İrana pilotsuz hava aparatları üçün mühərrik daşımaqda ittiham olunurlar. "Olaylar"ın Türkiyə Bürosu xəbər verir ki, Alman hüquq mühafizə orqanlarının iddiasına görə, ittiham olunan şəxslər 2008-2009-cu illər ərzində İrana qaçaqmal yolu ilə 61 ədəd İHA mühərriki ötürüblər. İşə nəzarət edən Alman prokurorluğunun müstəntiqi Marcus Koehler saxlanılan şəxslərə 15 il həbs cəzasının verilə biləcəyi barədə açıqlama verib. Almaniyanın kəşfiyyat orqanı olan BND-nin iddialarına ölkədən qanunsuz şıxarılan mühərriklərin ƏBABİL-3 pilotsuz hava aparatlarında istifadə edildiyi barədə məlumatlar mövcuddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31