Sumqayıtda dəhşətli qəzada 3 gənc həlak oldu
1 nəfər isə ölümcül vəziyyətə düşdü
1 İyun 2012 17:05 KriminalSumqayıtda baş verən dəhşətli yol qəzası 3 gəncin həyatına son qoyub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə iyunun 1-də saat 01.00 radələrində baş verib. Sumqayıt şəhəri ərazisində Elnur Aslanov "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu hasara vurub. Nəticədə E.Aslanov və sərnişinlərindən Gündüz Abuşov və Valeh Babayev hadisə yerində ölüb, xəsarət almış digər sərnişini Eldar Nemətov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31