Cəlilabad polisi narkobandanı zərərsizləşdirib
1 İyun 2012 17:04 KriminalCələilabad polisi rayonda narkotika alveri ilə məşğul olan mütəşəkkil dəstəni yaxalayıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirlyindən məlumat verilib. Məlumata görə, dəstə üzvlərindən biri mayın 30-da yaxalanıb. Cəlilabad RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Şahin Soltanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni Şatırlı kənd sakini Fikrət Mirələmovdan alması müəyyən edilib. F.Mirələmov da dəstə üzvü kimi tutulub və onun evinə baxış zamanı 1,5 kiloqram həşiş aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31