Qubada dəhşətli avtomobil qəzası
2 nəfər öldü, 2 sürücü və 3 sərnişin ağır yaralandı
1 İyun 2012 17:04 KriminalQuba rayonunda iki nəfərin ölümü və 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 31-də saat 19.00 radələrində Quba rayonunun Almaz Qazmalar kəndi ərazisində, rayon sakini İdris Abbasovun idarə etdiyi "VAZ-2106" və Xaçmaz rayon sakini Nemət Babayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə İ.Abbasovun sərnişini Eldəniz Qayıbov və N.Babayevin sərnişini Tapdıq Şıxməmmədov hadisə yerində ölüb, xəsarət alan hər 2 sürücü və digər 3 nəfər sərnişin xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31