Cəlilabadda dəhşətli qətl

Qısqanc ər arvadını doğrayıb meyidi polisə gətirdi

Mayın 31-də Cəlilabadda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyi məlumat verib. Məlumata görə,  şəhər sakini İlham Əzizov sərxoş halda, qısqanclıq zəminində arvadı Laləni bıçaqla qətlə yetirib. Həyat yoldaşını qətlə yetirən İlham Əzizov arvadının meyidini özünə məxsus "VAZ-2106" markalı avtomaşının yük yerinə qoyub Cəlilabad Rayon Polis Şöbəsinə gələrək könüllü təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31