Qəbristanlığı dağıdanlar həbs olundu

Xəbər verdiyimiz kimi Saatlı rayonunun Musalı kəndində yerləşən el qəbiristanlığında naməlum şəxslər tərəfindən dağıdılıb.
"Qafqazinfo"nun məlumatına görə, 80 ədəd məzar daşlarını sındıran şəxslər polis tərəfindən müəyyən edilərək saxlanılıb.Həmin şəxslər Musalı kəndinin sakinləri 1987-ci il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğludur.

Saxlanılan şəxslər hadisəni sərxoş vəziyyətdə törətdiklərini etiraf ediblər. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31