Keçmiş nazir qətlə görə tutuldu

Gürcüstanın gənclər və idman işləri üzrə keçmiş naziri Lado Vardzelaşvili Devi Siradzenin qətlinə görə açılşmış iş üzrə saxlanılıb

Gürcüstanın gənclər və idman işləri üzrə keçmiş naziri Lado Vardzelaşvili Tiflis polisi tərəfindən tutulub. ANS PRESS gürcü mətbuatına istinadən bildirilir ki o, nazirliyin gənclərlə iş idarəsinin rəhbəri Devi Siradzenin qətlinə görə açılşmış iş üzrə saxlanılıb.
"İmedi" telekanalının məlumatına görə, Siradze Tiflisin Vake-Saburtalo rayonunda yerləşən yaşayış məntəqəsində öldürülüb, Vardzelaşvili həmin binada yaşayır. Daha öncə verilən məlumata görə, Siradze keçmiş nazirin evində qonaqlıqda olub.

Devi Siradze 1968-ci ildə doğulub və 2009-cu ildən Gürcüstanın gənclər və idman işləri nazirliyində işləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31