Rusiyada şəhər meri olmaq istəyəni güllələdilər

Anapada şəhər merinə namizədliyini irəli sürən Nikolay Nesterenkoya silahlı hücum olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün səhər cinayətkarlar merin avtomobilinə atəş açıblar. Nesterenkoya iki güllə dəyib və o, yaralanıb, onun sürücüsü isə həlak olub.
Hadisə Nesterenko avtomobilinə minərkən baş verib. Yaxın məsafədən ona 7.62 çaplı silahla atəş açıblar.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31