Azərbaycanlı hərbçi liftin şaxtasına düşdü

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hərbçi hospitala yerləşdirilib

Azərbaycanda hərbi hissədə baş verən ehtiyatsız hadisə bir hərbçimizin yaralanmasına səbəb olub. ANS PRESS-in məlumatına görə, Şəmkir Hərbi Birləşməsinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçu Nofəl Akif oğlu Yusifov əsgər yeməkxanasının liftinin şaxtasına yıxılıb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan hərbçi hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31