Piyada yol kənarında dayandı, həyatından oldu

Binəqədi rayonunda 53 yaşlı kişini maşın vuraraq öldürüb

Bu gecə Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi-Mehdiabad yolunda "Hyundai Sonata" markalı avtomobil yolun kənarında dayanan piyadanı vurub. Nəticədə piyada 1960-cı il təvəllüdlü Zabit Şəfi oğlu Rüstəmov ağır bədən xəsarətləri alıb. Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31