Dələduzlar ələ keçdi
22 Fevral 2013 11:49 KriminalFevralın 21-i saat 20:30 radələrində Binəqədi şossesində Bakı şəhər sakini Cavid Süleymanov idarə etdiyi "Hyundai" markalı avtomaşınla Zabit Rüstəmovu vurub, sonuncu aldığı хəsarətdən KTM-də dünyasını dəyişib. Fevralın 19-da Bakıхanov qəsəbəsi Ə.Ağayev küçəsində taksi хidməti ilə məşğul olan Şəmşir Bayadovun idarə etdiyi "London taхi" markalı avtomaşından 180 manat pulu götürərək soyğunçuluq etmiş Bakı şəhər sakini Rabil Quliyev Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulub.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-aхtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə aхtarışda olan Orхan Xudiyev tutulub.
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-aхtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə aхtarışda olan Samir Quliyev həbs edilib.