Bir gündə axtarışda olan 4 dələduz tutuldu
1 İyun 2012 13:47 KriminalBakı polisi bir gündə axtarışda olan 4 dələduzu yaxalayıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci və Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-aхtarış tədbirləri nəticəsində AR CM-nin 177, 180 və 185-ci maddələri ilə aхtarışda olan Ramiq Hüseynzadə tutulub.
Həmin gün Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-aхtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci maddəsi ilə aхtarışda olanlar Elnur Məmmədov və Aşur Kazımov tutulub.
Eyni gündə Yasamal RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-aхtarış tədbirləri nəticəsində Cinyət Məcəlləsinin 178-ci maddəsi ilə aхtarışda olan Vahid Mahmudov tutularaq istintaqa təhvil verilib.