Bakıda iki piyadanı maşın vurub öldürdü
1 İyun 2012 13:46 KriminalBakıda iki piyadanı maşın vurub öldürüb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə mayın 31-ində baş verib. Həmin gün saat 11:20 radələrində Kürdəхanı qəsəbəsində İsayil İbrahimov idarə etdiyi "Kamaz" markalı yük maşını ilə Eltun Məmmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
İyunun 1-i saat 00:15 radələrində isə Moskva prospektində Namiq Nuriyev idarə etdiyi "Daewoo" markalı avtomaşınla Ceyhun Məmmədovu vurub. Yaralı ağır xəsarətlə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Piyada хəstəхanaya aparılarkən yolda ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31