Bakıda mənzil qarət edən şəxs yaxalandı

Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə mayın 31-i saat 15:30 radələrində Ə.Vəliyev küçəsində yaşayan Hilal Əhədovun mənzilində baş verib. Mənzildən açar seçmə yolu ilə 1150 manat oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şubhəli bilinən Ramin Abdullayev Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31