29,82 qram həşiş qətranı aşkar edildi
21 Fevral 2013 12:08 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Rasim Ağayevin üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 29,82 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb. Faktla bağlı apaşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31