Bakıda qanlı hadisə
22 yaşlı oğlan 29 yaşlı tanışına çoxsaylı bıçaq zərbələri vurub
21 Fevral 2013 11:17 KriminalXətai rayonu ərazisində qanlı hadisə baş verib. Xatai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nəsrəddin Tusi küçəsi 29/42 ünvanında 22 yaşlı oğlan 29 yaşlı tanışına çoxsaylı bıçaq zərbələri vurub.
Belə ki, 1991-ci il təvəllüdlü Royal Elçin oğlu Zamanov şəxsi mübahisə zəminində 1984-cü il təvəllüdlü Rəşad Mehdi oğlu Cəfərovla dava edib. Royal Rəşada gücü çatmadığı üçün ona çoxsaylı bıçaq zərbələri vurub. Hadisə zamanı Rəşad Cəfərov ağır yaralanıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.
Royalı isə polis saxlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31