Bakıdakı cəzaçəkmə müəssisəsində məhkum öldü

Bakının Nizami rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisəsində ölüm olub

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Sədulla Qafarov ölüb. O, cəzaçəkmə müəssisəsinin tibb hissəsində dünyasını dəyişib.S.Qafarov 2009-cu ildə Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.Onun ölümünn səbəbi məlum deyil. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31