Xuraman Şuşalı hicab geyinir
Müğənni ancaq qadın məclislərində oxuyacaq
21 Fevral 2013 09:55 KriminalMüğənni Xuraman Şuşalı heç bir müğənninin risk edib ata bilmədiyi addımı atıb. ANS PRESS-in simsar.az-a istinadən verdiyi məlumata görə o, artıq 3 gündür ki, hicab geyinir. Bundan dolayı müğənni artıq telekannalarda başı açıq çəkdirdiyi kliplərinin yayımına qadağa qoyub. Hətta "YouTube"da yerləşən bütün kliplərini sildirmək niyyətindədir.Hicab geyinən Xuraman ona gələn toy təkliflərindən imtina edir. Bundan sonra müğənni ancaq qadın məclislərində oxuyacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31