Bakıda qəfil partlayış, “Azəriqaz”ın iki əməkdaşı yandı

Bakida qəfil qaz partlayışı nəticəsində "Azəriqaz" İstehsalat Birliyinin iki əməkdaşı yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 19-da saat 14.00 radələrində Səbail rayonu ərazisində baş verib. Qaz istismar idarəsinin işçiləri, Culfa rayon sakinləri Elşən Mikayılov və Əli Rəcəbov sayğac dəyişərkən, təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə ustalar yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətləri  qənaətbəxşdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31