Daha bir əxlaqsızlıq yuvası bu dəfə İmişlidə aşkar edilib
20 Fevral 2013 12:34 Kriminalİmişli rayon sakini əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb. Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonunun Köbürlü kəndi ərazisindəki "Cavidan" kafesində əxlaqsızlıq yuvası aşkar edilib. Kafedə işləyən İmişli rayon sakini Orxan Məhəmmədli əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31