Bakıda tanınmış şirkətin 3 mərtəbəli binası yandı

Bakıda tanınmış şirkətin binası yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Xəzər rayonunda baş verib. Vətəndaşa məxsus hal-hazırda fəaliyyət göstərməyən "Şüvəlan" ASC-nin ərazisində hər mərtəbəsi 500 kv.m olan üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində bir otağın içərisinə yığılmış arxiv sənədlər 20 kv.m sahədə, 2-ci mərtəbəsinin bir otağında kağız tullantıları 36 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31