Dövlət Neft Akademiyasının yataqxanası yandı

Bakıda akademiyanın yataqxanasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Nəsimi rayonunda Dövlət Neft Akademiyasının hündürmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində baş verib. Ümumi sahəsi 16 kv.m olan 1 otağın yanar konstruksiyaları yanıb. Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın saat 07:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31