Bakıda partlayış baş verib, xəsarət alanlar var

Bakının Səbail rayonu, Teymur Elçin küçəsi, 8 ünvanında partlayış baş verib.
Trend-in əldə etdiyi ilkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.
Göstərilən ünvanda partlayışın baş verməsi Səbail rayon Polis İdarəsindən də təsdiqlənib.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildiriblər ki, hadisə nəticəsində 2 nəfər yanıq xəsarəti alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31