Bakıda iki silahlı şəxs yaxalandı
19 Fevral 2013 14:45 KriminalBakıda iki silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Hikmət Alyasovdan 1 ədəd "Protektor Avtomatik G-5 12 PTB" markalı tapança götürülüb. Həmin gün Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Sabir Lətifovdan "Zauer" markalı tapança və 5 ədəd patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31