Qobustanda silahlı dəstə zərərsizləşdirildi

Qobustanda silahlı dəstə zərərsizləşdirilib. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Təklə kəndi ərazisində yolun kənarında dayanmış "NİVA" markalı avtomaşında olan 4 naməlum şəxs şübhə doğurduqlarından avtomaşına baxış keçirilib və orada 1 ədəd "AKM" silahı aşkar edildiyindən onlar RPŞ-nə gətiriliblər. Araşdırmalar zamanı onların Şamaxı şəhər sakinləri Azər Əliyev, Mübariz Ömərov, Ülvi Kazımov və Lətif Nəbiyev olması, eləcə də L.Nəbiyevin Şamaxı rayonu ərazisində Ə.Əzizov tərəfindən idarə edilən avtomaşının istiqamətində atəş açması, habelə avtomaşından götürülmüş "AKM" silahının da ona məxsus olması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31