Hacı Zakirin oğlunun qatili ekspertizaya göndərildi

Prokurorluq qatilin ruhi xəstə olmasına inanmır

Bakı Apellyasiya Məhkəməsində Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Hacı Zakir Quliyevin oğlunu xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Kamil Novruzovun cəzasının ağırlaşdırılması ilə bağlı Bakı şəhər Prokurorluğunun apelyasiya şikayəti üzrə məhkəmə keçirilib. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə vəsatətlər dinlənilib. Prokurorluq təqsirləndirilən şəxsin barəsində  ixtisaslaşdırılmış psixiatriya tibbi ekspetrtizanın keçirilməsini istəyib. Hakimlər vəsatəti təmin edib və təqsirləndirilən şəxsin barəsində psixiatrik ekspertiza təyin edilib. Psixiatrik ekspertizanın cavabı alınana kimi məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Kamil Novruzov hacı Zakir Quliyevin oğlu Nurəddin Quliyevi 2001-ci ildə avtomat silahla gülləyib. O, hadisəni törətdikdən sonra gizlənərək məsuliyyətdən yayınıb. 9 il ərzində K. Novruzovu həbs etmək mümkün olmayıb. Kamil Novruzov 2010-cu ilin fevralında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Bakı Ağı Cinayətlər Məhkəməsi isə onun cinayət törədərkən xəstə olması qənaətinə gəlib. Buna görə də onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edib.
Onu da qeyd edək ki, prokurorluq onun barəsində konkret cəzanın təyin olunmasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31