Narkotacirə hökm oxundu

Fərid Məmmədov 8,6 il cəza aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Fərid Məmmədovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Fərid Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fərid Məmmədov Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.4.1, 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31