İntihar edən 62 yaşlı kişinin cibindən vida məktubu çıxdı
O, “Vinçester” markalı silahla başına atəş açıb
19 Fevral 2013 12:54 KriminalDünən axşam saatlarında Sumqayıt şəhərində 52 yaşlı kişi intihar edib. Şəhər Prokurorluğunun müstəntiqi Kamran Muxtarovun ANS PRESS-ə verdiyi məlumata görə, şəhər sakini 1961-ci il təvəllüdlü Ədalət Əbülfət oğlu Quliyev "Vinçester" markalı silahla başına atəş açıb. O, hadisə yerində keçinib.
Müstəntiqin sözlərinə görə, Ədalət Quliyev əvvəllər sürücü işləyib, hazırda isə təqaüddə imiş. Onun meyidini ailə üzvləri tapıb. Üzərinə baxış keçirilərkən cibindən vida məktubu çıxıb. Məktubda həyatdan bezdiyini və ölmək istədiyini yazıb. Məktubda həmçinin göstərib ki, onun ölümündə heç kim günahkar deyil.
Mərhumun yaxınlarının sözlərinə görə, Ədalət Quliyev içkiyə meyilli adam olub. Həmçinin o, həyat yoldaşını qısqanırmış.