Biləsuvarda orta məktəbdə faciə

1-ci sinif şagirdini tok vurub öldürdü

Mayın 30-da Biləsuvar rayonunda orta məktəblərin birində ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun  Çaylı kəndindəki 5 saylı orta məktəbdə baş verib. Məktəbin həyətində, həmin məktəbin 1-ci sinif şagirdi Səid Əliyevi elektrik cərəyanı vurub. Nəticədə 6 yaşlı uşaq hadisə yerində keçinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31