Azərbaycanda körpü keçidi uçdu
18 Fevral 2013 17:42 KriminalŞəmkirin Qaraqocalar kəndində əhalinin gündəlik istifadə etdiyi körpü keçidi uçub. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bəzi kəndlərlə rayon mərkəzinin əlaqəsi kəsilib. Bu səbəbdən yerli sakinlər ya həyatlarını təhlükə altına ataraq kustar üsulla düzəldilmiş keçiddən keçir, ya da müəyyən məsafə qət edərək alternativ yollardan istifadə edir. Kənddə əsas yaşayış evləri çayın bir hissəsindədir. Yerli idarəetmə orqanları, təhsil, səhiyyə və mədəniyyət ocaqları çayın digər tərəfində yerləşir. Bu üzdən də bəzi valideynlər övladlarını təhsildən yayındarmaq məcburiyyətində qalıblar. Cavabdeh şəxslər isə körpünün nə vaxtsa bərpa olunacağına o qədər də ümidli deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31