Azərbaycan vətəndaşları Kiprdə ağır qəzaya düşdülər VIDEO

Onlardan birinin vəziyyəti çox ağırdır

Azərbaycan vətəndaşları Şimali Kipr Türk Respublikasında ağır yol qəzasına düşüblər. "Kıbrıs gazetesi"nə istinadən yayılan məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Azərbaycan vətəndaşları olan Azər Tanrıverdizadə, Emin Kərimov və Tamerlan Rzayev, həmçinin bu ölkənin vətəndaşı Mələk Erhalaç xəsarət alıblar. Xastəxanadan alınan məlumata görə, Azər Tanrıverdizadənin vəziyyəti çox ağırdır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31