Rəhimlidə 50 yaşlı kişinin evi yandı
18 Fevral 2013 17:37 KriminalŞabran rayonunun Rəhimli kəndində yanğın olub. Rtv.az-ın məlumatına görə, hadisə 50 yaşlı kənd sakini Yaşar Cəfərova məxsus 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 102 kv.m olan evin 2 otağı, yanar konstruksiyaları və ev əşyaları 57 kv.m sahədə yanıb. Digər 2 otaq isə yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. FHN-nin Şabran DYMH-dən RTV-yə verilən məlumata görə yanğın yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31